7NEWS.az xəbər verir ki, Dünya Bankının yeni hesabatı göstərir ki, torpaq, su və digər təbii ehtiyatların daha yaxşı bölüşdürülməsi və idarə edilməsi bütün dünyada kənd təsərrüfatı, otlaq və meşə təsərrüfatından əldə edilən gəlirin illik təxminən 329 milyard dollar artması ilə nəticələnə bilər.
Dünya Bankı bəyan edib ki, ölkələr öz təbii ehtiyatlarından daha səmərəli istifadə etsələr, iqlim dəyişikliyi, iqtisadi səmərəlilik, ərzaq və su təhlükəsizliyi və sağlamlıq kimi qlobal problemlərin öhdəsindən gəlmək olar.
7NEWS.az








