RU
Dünya Bankı Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb
22:40
456

Dünya Bankı Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb

Dünya Bankı İspaniyanın zəmanəti ilə Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb.

7NEWS.Az xəbər verir ki, bu barədə İspaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Dünya Bankı "Better Health and Save Life” layihəsi çərçivəsində İspaniyanın zəmanəti ilə Ukraynaya ilk 100 milyon avroluq yardım paketini elan edib: "İspaniyanın maliyyə dəstəyi Ukraynaya Dünya Bankı tərəfindən təsdiq edilmiş üç yardım proqramından birincisini işə salmağa imkan verəcək”.

Qeyd edilib ki, bu maliyyə vəsaiti Ukraynada əsas tibbi xidmətlərə çıxışı bərpa etmək və yaxşılaşdırmaq, həmçinin səhiyyə sahəsində ehtiyacları ödəmək üçün istifadə olunacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ