RU
Dünya bazarında qızılın qiyməti dəyişməz qalıb
13:30
283

Dünya bazarında qızılın qiyməti dəyişməz qalıb

Bir sıra amillərə baxmayaraq, dünya bazarında qızılın qiyməti dəyişməyib.

7News.Az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın fevral fyuçersləri əvvəlki sessiya ilə müqayisədə dəyişməyib və 1 unsiyası 1 812,55 ABŞ dollarına satılıb.

Digər tərəfdən ABŞ istiqrazlarının gəlirliliyinin artması qızılın alternativ kimi cəlbediciliyini azaldıb. Belə ki, ABŞ-ın 10 illik "US Treasuries" istiqrazlarının gəlirliliyi 1,879% səviyyəsinə çatıb.

Digər tərəfdən, investorların koronavirusun "Omikron” ştamına yoluxmanın genişlənməsi ilə bağlı narahatlıqları qalmaqdadır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ