RU
Dünya belə mənasız ixtira görmədi - uçan lampa
16:51
1487

Dünya belə mənasız ixtira görmədi - uçan lampa

Elə kəşflər var ki, ilk baxışdan insanlara çox qəribə gəlir, amma əslində bu kəşf heç nəyə lazım deyil. İsveçli elm adamları belə bir ixtiraya imza atıb. Aylardır elektrik lampası üzərində işləyən isveçlilər sonda bu lampaları uçurmağa müvəffəq olub. Kabelsiz işləyən Flit lampaları havada asılı vəziyyətdə qala bilir.

Elektrik lampası onun aşağı hissəsindəki batereyadan enerji alır. Lampanın içindəki elektro-maqnit onun havada uçmasına və yerində fırlanmasına imkan yaradır. Əlbəttə bu cür lampanı digər elektrik lampalarından fərqli olaraq əlinizdə istədiyiniz yerə apara bilərsiniz. Amma bu həqiqətən də insanlara lazımdırmı?

Elektrik fənərlərinin ixtirasından artıq neçə illər keçib. Üstəgəl fənərlərdən daha bahalı olan Flit lampası elektrik enerjisini də qalan bütün lampalardan daha çox sərf edir. Çox parlaq ixtira olsa da, parlaq ideyanın məhsulu olmadığı da bir reallıqdır.

Amma isveçli elm xadimləri, zaman baxımından gecikən bu kəşflərinə görə qürur hissi keçirdiklərini bildiriblər. Deyirlər ki, ən azından dünyada bir ilkə imza ataraq uçan elektrİk lampası hazırlamaqla tarixə düşüblər./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ