Bir broyler fabrikində çəkilən bu kadrlar dünya əhalisi tərəfindən birmənalı qarşılanmadı.
7News.az milliyet-ə istinadən bildirir ki, "Daily Mail"in verdiyi məlumata görə, həmin videogörüntülərdə cücə istehsalı fabrikində çalışanların yumurtadan yeni çıxan cücələrə qarşı kobud davranışı gözdən yayınmır. Hətta bəzi cücələrin başları kəsilib qara paketlərə atıldığı da videoda öz əksini tapıb.
Broyler işçilərinin dairəvi bir dəzgahın ətrafında yığdıqları cücələrin bədəninə peyvənd iynəsi batırıb maşının ortasında olan bir dəliyin içinə atdıqları açıq-aşkar görünür.
7News.az









