Yüngül çəkidə döyüş sənəti üzrə dünya çempionu olan Ronda Rouzi Cimmi Fellonun şousuna qonaq olub.
7news.az-ın xarici mətbuata istinadən məlumatına görə, idmançı xanım verilişə elə geyimdə çıxıb ki, hər kəsi təəccübləndirib. Nəinki proqram işçiləri, o cümlədən daimi tamaşaçılar və hətta aparıcının özü belə hara baxacağını bilməyib.
Ronda sinə dekolteli, transparan ətəkdən ibarət libasda verilişə qatılıb.
Dünya çempionu özü ilə bağlı maraqlı açıqlamalar da verib. O deyib ki, toyuq əti və pivəni çox xoşlayır. Hər yarışdan sonra isə sevimli təamlarının dadına baxır.
7news.az













