Türkiyənin İstanbul şəhərində təşkil olunan 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb.
Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula gələn Rusiya prezidenti Vladimir Putinlə yanaşı digər dünya liderləri də iştirak edir. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var.
Dünya Enerji Şurasının sədri Younghon David Kimin açılışını etdiyi toplantıda, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Berat Albayrak qısa nitq söyləyib. Hazırda isə baş nazir Binəli Yıldırm qonaqlara səslənir.
7News.az








