Dünya İtaliyadan gələn BU GÖRÜNTÜDƏN danışır - VİDEO
Koronavirusun ən sürətlə yayıldığı ölkələrdən biri olan İtaliyadan gələn bir görüntü dünyanın gündəminə çevrilib. 7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, videoda Luka Franzes adlı bir gənc bacısının koronavirusdan öldüyünü deyir.
Arxa planda isə bir qadının yataqda hərəkətsiz uzandığı görünür.
Lakin gənci iddiaları bununla bitmir. Onun sözlərinə əsasən, bütün səlahiyyətli orqanlara zəng etsə də, gecədən bəri köməyə gələn olmayıb.
Bacısına süni tənəffüs verdiyini bildirən gənc sosial şəbəkə üzərindən kömək istəyib.