İranın dünya şöhrətli rejissoru Abbas Kiarüstəmi dünən Parisdə, 76 yaşında dünyasını dəyişib.
Rejissorda bu ilin əvvəlində xərçəng tapılıb və bir neçə dəfə əməliyyat olunub. 1940-cı ildə Tehranda dünyaya gələn Kiarüstəmi 60-cı illərin sonunda Füruğ Fərruxzad, Sales, Bəhram Beyzayi, Pərviz Kimyayi kimi resjissorlarla birgə Yeni dalğa cərayanını yaradıb. Rejissorluqla yanaşı, prodüserlik edən, fotoqrafiya və şeir yaradıcılığıyla da uğur qazanan Kiarüstəmi, 90-cı illərin ən önəmli rejissoru adını qazanıb. Bununla yanaşı o Kann film festivalında qızıl Palma başda olmaqla, 2000-ci ilədək 70 nüfuzlü mükafatın sahibi olub. O, Kann festivalı ilə yanaşı bir çox məşhur film fesvillarının münsiflər heyətinin üzvü seçilib və daha çox qızıl palma mükafatı qazanmış “Albalı dadı” , "Koker" trilogiyası, "Külək bizi sovuracaq", "Toy üçün libas", "Reportaj", "Əslə bərabər surət" filmləri ilə məşhurluq qazanıb.
7News.Az








