Səfəri Azərabycan XİN təşkil edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.
7news.Az Report-a istinadən xəbər verir ki, xarici jurnalistlər Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədova görüşüb.
Daha sonra Azərbaycan hərbçilərinin müşayiəti ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər. Media nümayəndələri rayonun təmas xəttinə yaxın yerləşən ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
7news.Az








