RU
Dünya ölkələri Fransaya belə dəstək verdi
09:36
1482

Dünya ölkələri Fransaya belə dəstək verdi

Dünyanın nüfuzlu binaları, abidələri və qüllələri Fransa bayrağının rənglərini əks etdirən şüalarla işıqlandırılıb.

Bir çox ölkə başçısı bu gecə Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü ilə nəticələnən terror hadisələrini pisləyən bəyanatla çıxış etdilər. Bəzi ölkələr Fransaya dəstəklərini və terrora əks reaksiyalarını qeyri-adi şəkildə nümayiş etdirib. Dünyanın nüfuzlu binaları, abidələri və qüllələri Fransa bayrağının rənglərini əks etdirən şüalarla işıqlandırılıb.


Eyfel qülləsi qaranlığa qərq olub

Parisdəki eyfel qülləsinin işıqları isə söndürülüb və gecə boyu məşhur qüllə tamamilə qaranlığa qərq olub.

Gecə Fransanın paytaxtı Parisin 4 ayrı nöqtəsində terror hadisələri törədilib. Hadisə nəticəsində yüzlərlə ölən və yaralanan var.

Hadisədən sonra terrorçuların qaçmaması və ölkəyə başqa terrorçuların girməməsi üçün Fransanın sərhədləri bağlanıb.

İkinci dünya müharibəsindən sonra Fransada ilk dəfə fövqəladə vəziyyət elan olunub./anspress

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ