Dünən Nərgiz MALL Ticarət Mərkəzində dünyaca məşhur brendlərin satışını həyata keçirən “HM Baku” dükanının açılış mərasimi keçirilib. Açılışda tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tanınmış teleaparıcı Cavid Gül şirkət və açılış proqramı haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra tanınmış modellər “HM Baku” dükanının geyimlərini podiumda nümayiş etdiriblər.
Nərgiz MALL Ticarət Mərkəzində yerləşən “HM Baku” dükanı bugündən etibarən müştərilərin ixtiyarına verilir. Şirkətin yüksək keyfiyyətli geyimləri həm çeşid, həm qiymət baxımından hər birinizi qane edəcəkdir.








