RU
Dünya nüvə müharibəsinin bir addımlığında – ŞOK PROQNOZ
13:53
321

Dünya nüvə müharibəsinin bir addımlığında – ŞOK PROQNOZ

Rusiya və ABŞ arasındakı qarşıdurma dünyanı nüvə müharibəsinin Astanasına gətirib çıxarıb.

Bu haqda Amerikanın "Business Insider” nəşri yazıb.

Nəşr qeyd edir ki, hərbi müstəvidə dialoqun olmaması qarşıdurmaya gətirib çıxara bilər.

"Rusiya və ABŞ arasında hərbi münasibətlərin kollapsı milli təhlükəsizlik sahəsində Barak Obamanın mirasının ən vacib aspektlərindən biri ola bilər”, - deyə nəşr yazıb.

Nəşr vurğulayır ki, iki dövlət dünyanın nüvə potensialının 90 faizinə malikdir və onun çox hissəsi yüksək döyüş hazırlığı vəziyyətindədir. ABŞ Müdafiə Nazirliyi Donbasdakı münaqişə və Krımın ilhaqından sonra (2014-cü il –red.) Moskva ilə hərbi əlaqələrin əksəriyyətini dayandırıb. "Business Insider” bildirir ki, Moskva ilə dost əlaqələrinin qurulması Donald Tramp üçün birinci sınaq olacaq.//publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ