RU
Dünya şöhrətli aktrisa ABŞ-ın prezidenti olmaq istəyir
12:43
908

Dünya şöhrətli aktrisa ABŞ-ın prezidenti olmaq istəyir

Tanınmış amerikalı aktrisa və müğənni Lindsi Lohan ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşula biləcəyini açıqlayıb.

Məşhur sima 2020-ci ildə prezident olmaq niyyətindədir:

“Prezidentliyə namizədliyimi verə bilərəm. Bütün bu eniş-yoxuşdan sonra gəlin, bu addımı ataq...”

O, həmçinin repçi Kanye Uestə bu işdə ona dəstək verdiyinə görə təşəkkür edib.

Lindsi Lohan qeyd edib ki, prezident olarsa ilk atacağı addım “dünyanın bütün əzab çəkən uşaqları”na yardım etmək olacaq.

Xatırladaq ki, dünya şöhrətli aktrisanın zərərli vərdişləri var. O, uzun illərdir ki, alkoqol və narkotik asılılığı ilə mübarizə aparır.

Lohan hətta maşınını sərxoş idarə etdiyinə və oğurluğa görə polis tərəfindən də saxlanılıb./qafqazinfo

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ