Məşhur fransız aktyoru Delonun evində prokurorluq tərəfindən aparılan axtarış zamanı 72 odlu silah və 3 mindən çox güllə ələ keçirilib.
7NEWS.az xəbər verir ki, Montargis Prokurorluğundan verilən açıqlamada ötən həftə məşhur fransız aktyoru Alen Delonun Fransanın Loare şəhərindəki evində axtarış aparıldığı bildirilib. Delonun evində aparılan axtarış zamanı 72 odlu silah və 3 mindən çox güllənin ələ keçirildiyi açıqlanıb.
7NEWS.az








