Hollandiyanın "The voice" (O səs) yarışmasında Romy Monteiro adlı bir xanım münsifləri heyrətləndirib.
7News.Az-ın məlumatına görə, iştirakçı xanım dünyaca məşhur müğənni Uitni Hyustonun "I Will Always Love You" mahnısını ifa edib.
Belə ki, 4 münsifi də döndərməyi bacaran Romy, tamaşaçıların böyük rəğbətini qazanıb.
Qeyd edək ki, Uitni Hyuston dünya şöhrətini 1980-90 illərdə qazanıb. O, ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O aldığı mükafatların sayına görə Ginnesin rekord siyahısına düşüb. O “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində baş rolları ifa edib.
Həmin ifanı təqdim edirik.








