ABŞ şəhərlərində bir neçə gündür pis hava şəraiti davam edir. Tornadolar, tufanlar və güclü küləklər ayrı-ayrı ştatların sakinlərini vurub.
Bu dəfə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə ildırım düşüb.
Nyu Cersi ştatının Hovell şəhərinin sakinlərini isə qasırğa qorxudub. Şəhərdə elektrik kəsilib, dağıntılar var.
Ümumilikdə bir gündə ABŞ-da 50-dən çox tornado qeydə alınıb. (publika)








