Ümumdünya Turizm Təşkilatı 2016-cı ildə ən əliaçıq turistlərin hansı ölkədən olduğunu açıqlayıb.
7News.az Ümumdünya Turizm Təşkilatının saytına istinadən xəbər verir ki, ötən il turist kimi ən çox pul xərcləyən insanlar çinlilər olub. Belə ki, onlar xarici səfərlərə il ərzində 261 milyard dollar xərcləyiblər. Bu da ötən ilin göstəricilərinə əsasən 12% çoxdur.
İkinci yeri amerikalılar tutur. Amerikalıların səyahət üçün xərclədiyi məbləğ 122 milyard dollardır. Üçüncü yerdə 81 milyard dollarla almanlar qərarlaşıb.
7News.az








