RU
Dünyada ən qocaman olimpiya çempionu vəfat edib
12:29
1258

Dünyada ən qocaman olimpiya çempionu vəfat edib

Macarıstan KİV-lərinin verdiyi məlumata görə, 1936-cı ildə olimpiya çempionu olmuş Şandor Tariks 102 yaşında vəfat edib.

Həmin olimpiya oyunlarında Şandor Tariks su polosu üzrə Macarıstan yığmasının heyətində qızıl medal qazanmışdır.

Macar çempionun vəfatından sonra hazırda sağ-salamat olan ən qocaman olimpiya çempionu yelkən idmanında olimpiadanın qızıl medalını qazanmış 98 yaşlı Dervard Noulsdur.

Şandor Tariks vəfat etdiyi anda dünyada ən qocaman olimpiya çempionu, habelə müharibədən əvvəlki olimpiya oyunlarının sağ-salamat olan yeganə qalibi idi. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ