RU
Dünyada ilk dəfə 5G şəbəkəsi yaradılır
12:07
775

Dünyada ilk dəfə 5G şəbəkəsi yaradılır

Dünyanın ən iri mobil operatoru olan “SK Telecom” şirkəti ilk 5G şəbəkəsini quran ilk operator ola biləcəyini elan edib.

Novatorlar vəd edir ki, məlum texnologiyanın köməyi ilə internet səhifələrin və ümumiyyətlə, internet trafikin yüklənməsi 4G şəbəkəsindən min dəfə sürətli baş verəcək.

Hazırda cənubi koreyalı istifadəçilər 4G LİTE şəbəkəsinə çıxışa malikdirlər. Burada şəbəkəyə qoşulma sürəti 25 Mbit/s və bu göstərici ilə ölkə dünyada lider yerlərə sahibdir.

Qeyd olunur ki, tərtibatçılar saniyədə 19,1 giqabayt sürət göstəriblər. “SK Telecom” şirkəti artıq dünya 5G bazarında təqdim edəcəyi məlumatların ötürülməsi üzrə yeni standartın tərtibatının yekunlaşdığını bildirib. Bu, 1 saniyə ərzində çəkisi 2 giqabayt olan faylın yüklənməsinə imkan verəcək.

ABŞ-ın ən iri mobil şəbəkə operatoru olan “Verizon Wireless” şirkəti isə 5G şəbəkəsinin 2017-ci ildə, Avstraliyanın “Telstra” şirkəti isə 2020-ci ildə kommersiya fəaliyyətinə başlayacağını vurğulayıblar./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ