RU
Dünyada ilk dəfə: elektrik vurdu, 30 metrdən düşdü, sağ qaldı - VİDEO
11:49
544

Dünyada ilk dəfə: elektrik vurdu, 30 metrdən düşdü, sağ qaldı - VİDEO

30 min voltluq elektrik enerjisinin vurduğu insan dirəkdən yerə düşüb. 30 metr yüksəlikdən düşməsinə, dərisinin yanıb qarsalanmasına və qopmasına rəğmən o sağ qalıb. Sağ qalıb, üstəlik də duraraq yeriyib, səndərləyərək "Mənə kömək edin!" deyib.

7News.az The European-a istinadən bildirir ki, olay Nigeriyanın şimalında yaşanıb.

İntihar etmək üçün yüksək gərginlikli elektrikötürmə xəttinin dirəyinə dırmaşmış 19 yaşlı nigeriyalı kabeldən yapışanda, sanki, partlayış baş verib.

Elektrik qövsü işıqlanıb və nigeriyalı 30 metrdən aşağı düşüb.

Amma o, möcüzə nəticəsində sağ qalıb.

 

Ağır yanıq xəsarətləri almış bu şəxs hospitala yerləşdirilib.

7News.az

Dünyada ilk dəfə: elektrik vurdu, 30 metrdən düşdü, sağ qaldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ