RU
Dünyada ilk dəfə: məşhur brendin hicablı modeli
12:03
806

Dünyada ilk dəfə: məşhur brendin hicablı modeli

Dünyanın ən məşhur brendlərindən biri N&M-in artıq müsəlman, özü də hicablı supermodeli var.

Atası mərakeşli, anası pakistanlı olan Məriya İdrissi 23 yaşındadır.

O, Londonda yaşayır və atasının açdığı müsəlman gözəllik salonunda xına ustası kimi çalışır.

İnstagram-dakı profili məşhur olan Məriya barədə N&M menecerləri məlumat əldə edəndən sonra ona brendin yeni reklam kampaniyasına çəkilmək təklif olunub.

Məriyanın dediyinə görə, valideynləri ilə danışıb, onların razılığını alandan sonra çəkilişə qatılıb.

Çəkiliş əsnasında İdrissinin tərəf-müqabili olan kişi manekenlər ona toxunmamağa çalışıblar.

17 yaşından bəri hicablı olduğunu vurğulayan Məriya deyib: "Dünya modası hicablı xanımları, sanki, görmür, tanımır, nəzərə almır. Ona görə də məşhur brendin məni çəkilişlərə dəvət etməsinə təəccübləndim. Çəkilişlərdə, əsasən, qadınlar iştirak edirdi. Kişi modellərə xəbərdarlıq olunmuşdu ki, mənə əsla toxunmasınlar, Şəriət qaydalarının yasaqladığı hərəkətlər etməsinlər. Mənimlə çox sayğılı, hörmətlə davrandılar. Hicabı çox sevirəm. Bu, həyat tərzidir. Hicablı xanım əməllərinə, davranışına, sözlərinə fikir verir, təvazökar və sadə olmağa çalışır. Hər halda mən buna can atıram"./milli

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ