RU
Dünyada ilk dəfə: reklam siqaretdən öskürür - VİDEO - FOTOLAR
12:42
339

Dünyada ilk dəfə: reklam siqaretdən öskürür - VİDEO - FOTOLAR

İsveçin paytaxtı Stokholmda yeni vizual interaktiv, sensor reklam pannosu quraşdırılıb. Ölkədəki ən geniş apteklər şəbəkəsi olan "Apotek Hjartat"ın sifarişi ilə hazırlanmış bu reklam kampaniyası unikal sayıla bilər.

7News.az Aftonbladett-ə istinadən bildirir ki, siqaret çəkməyin, nikotinin zərərinin təbliğ olunduğu reklam kampaniyası çərçivəsində hazırlanmış interaktiv, sensor panno Stokholmun mərkəzi meydanlarından birində quraşdırılıb.

Pannoda gənc kişi fotosu var. O, tərpənməzdir. Lakin əlində siqaret olan şəxs pannoya yaxınlaşan kimi bu kişi öskürməyə başlayır. Səbəb pannoda yerləşdirilən və siqaret tüstüsünə reaksiya verən interaktiv sensordur.

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyada ilk dəfə: reklam siqaretdən öskürür





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ