Dünyada olan miqrantların sayı 258 milyonu ötüb.
7news.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin yaydığı hesabatda deyilir.
Məlumata əsasən, miqrantların sayının 2000-ci illə müqayisədə 49 faiz artdığı qeyd olunub. Onların 26 milyonu qaçqın olduğu vurğulanıb.
Onlardan 49,8 milyonu ABŞ-da məskunlaşıb. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada yaşayan miqrantların sayı hər ölkə üzrə təxminən 12 milyon, Böyük Britaniyada isə 9 milyona çatır.
Miqrantların ən çox Hindistan (17 milyon) və Meksikanı (13 milyon)tərk edənlərdir. Rusiyadan, Çindən, Banqladeşdən, Suriyadan, Pakistandan və Ukraynadan gəlmələrin sayı 6-11 milyon arası təşkil edir.
7news.Az







