RU
15:25
1114

"Dünyada yeganə insanam ki..." - Gövhər Həsənzadə

Bəstəkar Gövhər Həsənzadə gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Bəstəkar təşkilatçılıqla məşğul olduğunu bildirib:

“Bəstəkarlığa aidiyyatı olmayan işlərlə məşğul idim. Çox yorulmuşam. Çəkilişlərə dəvətlər gəlir, amma istəmirəm. Oktyabrdan yaradıcılığımla bağlı açıqlamalar verəcəm. Hamı müsahibə istəyir, amma yaradıcılığıma aidiyyatı olmur. Bunu sevmirəm. İnsan sənətinə aidiyyatı olmayan məsələlərdən danışmaz. Bu kimi hallardan yoruldum və geri çəkildim”.

Yaradıcılığından söz açan G.Həsənzadə “Yeni bəstələrim var. Azərbaycandan kənarda işbirliklərim olacaq. Qürur duyulası işlər görmüşəm. Bunları etmək üçün güclü çalışmaq və vaxt sərf etmək lazım idi” deyə, bildirib.

Bəstəkar Türkiyədə işıq üzü görəcək mahnılarından ibarət diskin gecikmə səbəblərini də açıqlayıb:

“Mənim mahnılarım onu səsləndirən müğənnilərin albomunda çıxmalıdır. Daha sonra biz onları bir diskə yığa bilərik. Dünyada yeganə insanam ki, planlarım baş tutmur. Olacaq bir işi danışanda belə alınmır. Albomda yerli sənətçilərlə bərabər türkiyəli ifaçılar da var. Bu ilin sonunda, ya da martda mütləq albomu təqdim edəcəm”. /axsam

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ