“Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında ASGA Analitik Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib.
O bildirib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır: “Burada əsas məsələ siyasi və iqtisadi münasibətlərdə yeni səhifənin açılmasından ibarətdir. Bunun üçün kifayət qədər ciddi iqtisadi imkanlar var. Dünyada baş verən iqtisadi kataklizm, hər iki ölkənin yaxınlaşmasını, birgə fəaliyyətini qaçılmaz edir. Bu mənada bütün mümkün imkanlar daha effektiv şəkildə səfərbər olunmalıdır”.
Rusiya ilə Azərbaycanın həm də beynəlxlaq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstərdiyini deyən Azər Verdiyev bu amilin dövlətimizin siyasi gücünün daha da artmasından xəbər verdiyini vurğulayıb: “Azərbaycan Rusiya ilə tək siyasi, iqtisadi sahədə deyil, eyni zamanda, energetika, hərbi-texniki, humanitar sahələrdə də geniş əməkdaşlıq edir. Bu mənada Rusiyanın Ermənistanla ölkəmizin maraqlarına zidd danışıqlara getməsi hesab edirəm ki, Rusiya dövlət rəsmisinin səfəri zamanı müzakirə mövzusu ola bilər. Bir məqam da xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan regionda siyasi, iqtisadi və hərbi güc katalizatorudur. Bu faktoru Rusiya da çox gözəl bilir. Bu amil özlüyündə Rusiyanı Ermənistanla bağlı atdığı addımları yenidən düşünməyə vadar edəcək”. /olaylar.az
7News.Az








