Bu yaxınlarda Bill Geyts Mark Zukerberq, Corc Soros və Riçard Bronsonun daxil olduqları, 22 investordan ibarət "Yeni Enerji Koalisiyasının” yaradılması haqqında xəbər verib. "Koalisiya” yaşıl enerji sahəsinin inkişafı ilə məşğul olan şirkətləri maliyyələşdirəcək. Özünün "Energetik yeniliklər: onlar nəyə lazımdır və onlara necə nail olmaq olar” essesində Geyts energetika sahəsində 3 ən prespektivli texnologiyanın adını açıqlayıb. Onun sözlərinə bu texnologiyalar dünyanı dəyişə bilərlər.
7news.Az Fins.az-a istinadən Bill Geytsin qeyd etdiyi 3 yeni texnologiyanı oxucularının diqqətinə çatdırır.
Günəş kimyası: Günəş işığının yanacağa çevrilməsi
"Günəş kimyası” yanacağın əldə olunmasında fotosintez metoduna əsaslanır. Geyts artıq Kaliforniya Texnologiyalar İnstitutunda süni fotosintez sahəsi üzrə aparılmaqda olan tətqiqatları müsbət qiymətləndirib. Süni fotosintez nəticəsində günəş enerjisini udaraq, su molekullarından hidrogen yanacaq əldə edən cihazlar ixtira olunacaq. Bu texnologiya nəqliyyat və elektroenergetika sahələri daxil olmaqla geniş şəkildə tətbiq oluna bilər.
Axıcı (kanalvari) batareyalar: yeni növ akkumulyator
"Yaşıl enerji” sahəsinin ən aktual problemlərindən biri enerjinin saxlanılmasıdır. Günəş batır, küləyin sürəti aşağı düşür (ya tamamilə dayanır) və dünyanın hələ də elektrik enerjiyə tələbatı var.
Axıcı (kanalvari) batareyalar - ən müasir litium-ion batareyasından çox işləyən, nəhəng akkumulyatorlar bu problemin həlli ola bilərlər. Enerjinin iki rezervuar arasında dövr edən yüklənmiş maye elektrolitlərdən əldə olunduğuna görə onu axıcı adlandırırlar. Litium-ion batareyalarının istismar dövrü bir neçə ildən ibarət olduğu halda, axıcı (kanalvari) batareyalar onilliklər ərzində fəaliyyət göstərə bilər.
Günəş boyası: istənilən səthin Günəş batareyasına çevrilməsi
Geyts yazır ki, Günəş boyası Günəş enerjisini ucuz və hamı üçün əl çatan edəcək. Bu boyanı praktiki olaraq istənilən səthə çəkmək mümkün olacaq: ev damları, divarlar, avtomobil və ya telefon korpusları.
Günəş boyasının hazırlanması elə də çətin deyil. Bunun üçün sadəcə xüsusi işığa həssas təbəqəli texnoloji boya lazmdır. Nəticədə səth özü enerji yaratmaq imkanı əldə edəcək.
7news.Az








