7news.az saytı olaraq sizə bu olkə siyahısını təqdim edirik.
1. İndoneziya

Bura dünyanın ən ucuz ölkələrindən sayılır. Məsələn bir insanın doyunca yeməsi üçün 13 500 rupi bəs edir, bu isə 1 dollara bərabərdir.
2. Kamboca

Kamboca turistləri öz qədim viranələri və gözəl təbiət mənzərələri ilə cəlb edir.
Və əgər siz dəbdəbəli restoranda şam etmək istəyirsizsə sizə burada cəmi 5 dollar lazımdır.
3. Vyetnam

Şəkildəki mənzərə “Xalonq” körfəzindəndir. Vyetnamın ən gözəl restoranları və otelləri bu körfəzin sahilində yerləşir. Və sizin burada sifariş etdiyiniz hər-hansı bir yeməyin qiyməti 22 000 Vyetnam donqundan, yəni 1 dollardan çox deyil.
4. Laos

Bu Cənubi- Şərq ölkəsi ağdərili turistlər üçün əsl cənnət məkanı sayılır. Buranın çox gözəl dağları var, əsas nəqliyyat növü isə qayıq sayılır. Laosda dünyanın heç bir yerində tapa bilmədiyiniz qiymətə balıq növləri satılır. Demək olar ki, bura gəldiyiniz pullarla da elə evinizə qayıdırsız.
5. Tayland

Tayland artıq çoxdandır ki, turistlərin sevimli isirahət məkanına çevirilib. Çünki bura da öz rahatçılığı ilə və ucuz restoranları ilə başqa ölkələrdən fərqlənir. Məsələn, meşənin ortasında yerləşən gözəl oteldə bir günün qiyməti 4 dollardır.
6. Hindistan

Bura çox çirlkli olsa da, ucuz səyahət üçün ən əlverişli məkandır.
Məsələn bir boşqab düyü ilə toyuq əti cəmi 40 rupidir, yəni 60 sent.
Bir neçə dollara isə, qatarda bütün ölkəni gəzmək olar.
7. Nepal

2015-ci ilin aprel ayında burada güclü zəlzələ olub. Lakin ölkə turizm üçün əlverişli sayılır.
Nepalın iqtisadiyyatı demək olar ki turistlərdən aslıdır və bura gələn hər kəsi gülər üzlə və xoş rəftarla qarşılayırlar.
Buranın ən bahalı yeməyi 8 dollardır.
8. Çin

Çinin böyük olmağına baxmayaraq burada gəzmək çox rahatdır və başqa ölkələrdəki kimi yol gəzintisi insanı çox yormur. Çinin çox şəhərində yaxın məsafəyə taksiylə 1 dollara getmək olar.
9. Bolqarıstan

Avropa ölkələri dünyada ən bahalı ölkələrdən sayılırlar. Lakin Bolqarıstanı istisna etmək olar.
Gözəl Bolqar piyvəsinin 1 litrini siz burada cəmi 1,50 dollara içə bilərsiz.
10. Nikaraqua

Bu əsrarəngiz yer güşəsində demək olar ki, dünyada ən gözəl açıq hava əyləncələri var.
11. Qvatemala

Bu şəlalələr elə həyatda da şəkildəki kimi gözəldilər. Ölkə dünyada ən cazibəli tropik mənzərələri ilə məhşurdur.
Bir günlük yemək isə, burada cəmi 3 dollara başa gəlir.
12. Honduras

Honduras hal-hazırda dünyada sürətlə inkişaf edən turist ölkələrindən biridir. Çünki bura həm ucuz, həm gözəl, həm də əyləncəli və romantikdir.
13. Peru

Artıq hamı bilir ki, Peruda “Maçu- Pikçu” yerləşir. Bura ən nəfəskəsici yerdir. Perunun dağ mənzərələrindən isə,dünyanın heç bir guşəsində rast gəlmək olmaz.
//








