7NEWS.az xəbər verir ki, Kanadaya gətirilən 6 metrlik su gəmisinin hissələri qəzaya nəyin səbəb olduğu ilə bağlı araşdırmalara aydınlıq gətirəcək. Titanın yerini ilk təyin edən ABŞ-ın Pelagic Research Services şirkətinin sualtı robotu dəniz dibindən parçaları toplayıb. Titanın qalıqları ötən həftə Titanikdən 488 metr aralıda, 3810 metr dərinlikdə günlərlə aparılan axtarışlardan sonra tapılıb. İyunun 18-də bu ilin üçüncü dalışına başladıqdan 1 saat 45 dəqiqə sonra təzyiqdən içəriyə çökərək partlayıb. Hadisədə həyatını itirən Titan operatoru Ocean Gate şirkətinin baş direktoru Stockton Rush, Pakistanlı zəngin ailənin iki üzvü Şahzadə Davut və oğlu Süleyman; Britaniyalı milyarder Hamiş Hardinq və fransız kəşfiyyatçı Paul-Henri Nargeoletin cəsədlərinin taleyi ilə bağlı heç bir dəlil tapılmayıb. Səlahiyyətlilər, xilas edilən hissələrdən başqa suyun altında qalanlarla bağlı "araşdırma davam edir” səbəbi ilə şərh verməyib.
7NEWS.az








