RU
Dünyanın ən ağıllı liderini Obamadan soruşdular
15:58
3207

Dünyanın ən ağıllı liderini Obamadan soruşdular

"Sözün düzünü zarafatla deyərlər".

Bu məsəldən Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama lap yerində istifadə edib.

Tanınmış komediya ustası, Cerri Seinfeldlə çəkilişə razılaşan "Ağ ev" rəhbəri, onunla bir neçə saat vaxt keçirib. Obamanın gündəlik iş rejimi, həyat tərzi barədə öyrənən və bu zaman zarafatından qalmayan aktyor nəhayət, ciddi məsələlərə də toxunub. Prezidentdən dünya siyasəti haqda danışmağı xahiş edən Seinfeld, ikibaşlı suallarından da qalmayıb. Məsələn, o, Obamadan dünya liderlərindən hansı birinin ağlına şübhə etdiyini soruşub. Cavab isə həm komik, həm də məntiqli olub. "Ağ ev" rəhbəri "liderlər arasında çox az sayda ağıllı insanla rastlaşdım" cavabını verib./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ