7NEWS.az xəbər verir ki, YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan zəfəran çiçək açmağa başlayıb. Quru yaydan sonra gec əkilən və qiymətinə görə dünyanın ən bahalı ədviyyatı kimi tanınan zəfəran bitkisi arzu olunan hava istiliyinə görə gözləniləndən tez çiçək açıb. Avqust ayında əkilən, uzunluğu 15-30 santimetrə çatdıqda oktyabr və noyabr aylarında yığılan zəfəran xərçəng, öskürək, astma, bronxit, dəri, immun və hormonal pozğunluqlar kimi xəstəliklərə xeyirlidir.








