RU
Dünyanın ən böyük çip şirkəti Tayvanda baş verən zəlzələ səbəbindən istehsalını dayandırıb
17:39
28

Dünyanın ən böyük çip şirkəti Tayvanda baş verən zəlzələ səbəbindən istehsalını dayandırıb


Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ səbəbiylə elektrik enerjisi kəsilərkən, dünyanın ən böyük çip istehsalçısı olan Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (TSMC) ehtiyat tədbiri olaraq istehsalı dayandırıb.

7NEWS.az xəbər verir ki, dünyanın ən böyük çip istehsalçısı olan Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (TSMC), ehtiyat tədbiri olaraq bəzi fabriklərini boşaltdığını və istehsalı dayandırdığını açıqladı. Şirkətdən verilən açıqlamada bütün personalın səhhətinin yaxşı olduğu, istehsalat sahələrində heç bir zərərin aşkar edilmədiyi, yoxlama və nəzarətlərdən sonra istehsalın davam etdiriləcəyi qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ