RU
Dünyanın ən böyük
15:20
570

Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq cərimə və ömürlük həbs cəzası - MƏHKƏMƏ

Dünyanın ən böyük narkotik təşkilatı olan "Sinaloa Kartel”in lideri, "El Çapo” (Cücə)

ləqəbli Xoakin Qusman Leora ilk dəfə hakim qarşısına çıxıb.

 7News.Az xəbər verir ki, Nyu Yorkun Bruklin Federal Məhkəməsində təşkil edilən prosesdə

Qusman mütəşəkkil cinayətkar dəstə qurmaq, narkotik alış-verişi, çirkli pulları yumaq kimi

17 müxtəlif cinayətdə ittiham edilib.

Ayrlarla davam edəcəyi ehtimal edilən məhkəmə prosesində iştirak edəcək jüri heyətinin

üzvləri təzyiq və təhdidlərdən qorunmaq üçün gizli saxlanılır.

 

61 yaşlı meksikalı narkotik alverçisi 22 aydır Manhettenin cənubunda kiçik, pəncərəsiz

bir hücrədə həbs edilib. Haqqındakı ittihamları rədd edən El Çapoya ömür boyu həbs

və 14 milyard dollar məbləğində cərimə cəzası tələb edilib.

Qeyd edək ki, "Sinaloa Cartel” 1989-2014-cü illər arasında, təxminən, 200 ton kokaini

ABŞ-a göndərib. Əlavə olaraq, muzdlu qatillər tutub və yüzlərlə cinayət, hücum, adam

qaçırma və sui-qəsd təşkil edib.

Qusman daha öncə iki dəfə Meksikada yüksək şəkildə qorunan həbsxanadan qaçıb.

2016-cı ildə həbs edilmədən öncə "Rolling Stone” dərgisində meşədə müsahibə verən

narkotik lideri qayıqlar, gəmilər, sualtı gəmilər, təyyarələr və yük maşınlarından ibarət

böyük bir "ordu”sunun olduğunu etiraf etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ