Hər kəs limanlarda gəmilər görməyə şahid olub.
Ancaq bəzi gəmilər var ki, onlar o dərəcədə böyükdür ki, kanallara və körfəzlərə keçə bilmirlər.
Dünyanın bir çox limanına isə, onlara giriş qadağandır.
7news.az olaraq, dünyanın ən böyük gəmilərini təqdim edirik.
"Pioneering Spirit"- Dünyanın ən böyük göyərtəsi olan gəmidir
Uzunluğu - 382m, eni - 124m, yük götürmə qabiliyyəti - 48 000 tondur.
Qurcuların sözlərinə görə, onun göyərtəsində kiçik şəhərcik də yerləşər.
Gəminin əsas işi isə, sualtı boruların və qazıntı platformaların yerləşdirməsidir.


"USS Enterprise (CVN-65)" - Təyyarə gəmisi
Uzunluğu - 342m, eni - 78,4m, yerdəyişmə - 94 781 ton.
1961 ekspluatasiyaya verilib, 2012-ci ildə fəaliyyəti dayandırılıb.
Maksimum ekipaj tutumu 5828 nəfər idi, göyərtəsində isə eyni zamanda 90 təyyarə yərləşə bilərdi.
Qiyməti 451 milyon dollardır. Yarandığı ildən dənizə 25 dəfə buraxılıb.


"Prelude FLING" - Dünyanın ən uzun gəmisi
Uzunluğu - 488m, eni - 74m, yük götürmə qabiliyyəti - 600 000 tondur. 2013-cü ildə suya buraxılıb.
Dünyanın ən böyük gəmisi və indiki zamana qədər insanın yaratdığı ən iri suda üzən tikilidir.
Göyərtəsində 5 professional futbol meydançası yerləşə bilərdi və yaxud 175 olimpiya üzgü hovuzu.
Bu gəmi həmdə dünyanın ilk üzən fabrikasıdır. Əsas işi sudan təbii qazın çıxarılmasıdır.


"Allure of the Seas" - Dünyanın ən böyük kruiz gəmisi
Uzunluğu - 362m, eni - 60m, yük daşıma qabiliyyəti - 19 750 ton. 2009-cu ildə suya buraxılıb.
Gəmidə eyni zamanda 6296 sərnişin və 2384 ekipaj üzvü yerləşə bilir.
Finlandiyada düzəldilmiş bu gəmi, kiçik bir şəhər xatırladır.
Göyərtəsində 2700 kayut, canlı ağaclı və güllü park, buz sürüşkəni, akvateatr, 1380 nəfərlik teatr, maqazinlər, barlar, restoranlar, saunalar və s. yerləşir.
Həmdə bu gəminin əkiz "qardaşı"da var - "Oasis of the Seas" kruiz layneri.
Ancaq "Allure of the Seas" ondan 5 sm uzundur.





"Seawise Giant" - Dünyanın ən böyük neft tankeri
Uzunluğu - 458,45 m, eni - 68,86 m, yük götermə qbiliyyəti - 564 763 tondur.
1979-cu ildə suya buraxılıb, 2010-cu ildə isə hissələrə sökülüb.
Gəmi rekorlar kitabına düşüb. O, Kuala - Lumpurda yerləşən "Petronas" qüllələrində 6 metr uzundur.

Gəmi o qədər böyükdür ki, Suez, La-manş və Panam kanallarından keçməyə çətinlik çəkir.

Suez kanalı
Ayrı-ayrı illərdə gəminin sahibi dəyişdikce, adı da dəyişib.



"CSCL Globe" - Dünyanın ən uzun konteyner daşıyan gəmisi
Uzunluğu - 400 m, eni - 58,6 m, yük daşıma qabiliyyəti - 184 605 ton, tutumu isə 19 100 konteynerdir.
2014 -cü ildə suya buraxılıb.
Gəmidə dünyada ən güclü mühərrik var. Mühərrikin hündürlüyü 17,2 metrdir.
O, "China Shipping Container Lines" çin şirkətinə məxsusdur.


"Vale Brasil" - ən böyük filiz daşıyan gəmi
Uzunluğu - 362m, eni - 65m, yükdaşıma qabiliyyəti - 402 347 tondur.
2010-cu ildə suya buraxılıb.
Gəmi, 11 150 filiz - yük maşınını əvəz edir, və günə 97 ton yanacaq işlədir.
Onun göyərtəsində çox asanlıqla 6 "Pizan" qülləsi yerləşə bilər.













