RU
Dünyanın ən böyük iPhone fabrikinin yerləşdiyi bölgə karantinə alınıb
15:56
56

Dünyanın ən böyük iPhone fabrikinin yerləşdiyi bölgə karantinə alınıb

Çinin Zhengzhou şəhərində dünyanın ən böyük iPhone fabriki kimi tanınan Foxconn-u əhatə edən sənaye parkı yenidən karantinə alınıb.

7NEWS.az xəbər verir ki, Çinin Henan əyalətinin Zhengzhou şəhərində dünyanın ən böyük iPhone fabrikinin yerləşdiyi Zhengzhou Hava Limanı İqtisadi Zonasında bu gün "səssiz idarəetmə” adı altında yeni karantin tətbiqinə başlanılıb. Qərara əsasən, şəxsi heyətin sənaye parkından çıxışı qadağan edilib, nəqliyyat vasitələrinin giriş-çıxışına isə xüsusi icazə verilib. Karantinin noyabrın 9-dək davam edəcəyi açıqlanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ