RU
Dünyanın ən böyük kakao istehsalçısı ixracatını dayandırıb
13:36
40

Dünyanın ən böyük kakao istehsalçısı ixracatını dayandırıb


Dünyanın ən böyük kakao istehsalçısı Fil Dişi Sahili davam edən şiddətli yağış səbəbindən kakao ixracını dayandırıb.

7NEWS.az xəbər verir ki, 2023-2024-cü illər üçün ixrac müqavilələrinin Fil Dişi Sahilində yağan həddindən artıq yağış səbəbindən kakao ağaclarına ziyan vurduğu üçün dayandırıldığı bildirilib. Qeyd olunub ki, yağışların vurduğu ziyana görə cari mövsümdə 2,2 milyon ton olacağı təxmin edilən kakao istehsalında ciddi azalma gözlənilir.

Cənub-qərb və cənub-şərqdə kakao sahələrinin su altında qaldığı, leysan yağışları səbəbindən əkinlərdə ilk məhsulun əhəmiyyətli dərəcədə azalmasının gözləndiyi bildirilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ