Dünyanın ən böyük maye hidrogen təyyarə mühərriki sınaqdan keçirildi
ABŞ-da yerləşən Universal Hydrogen şirkəti yerüstü sınaqlar zamanı dünyanın ən böyük maye hidrogendən istifadə edən meqavat sinifli təyyarə mühərrikini işə salıb. Aparılan sınaqda mühərrik 100 dəqiqə işlədilib.
7NEWS.az xəbər verir ki, ABŞ-da yerləşən Universal Hydrogen şirkəti ilk dəfə yer sınaqları zamanı maye hidrogendən istifadə edərək meqavat sinifli yanacaq elementi güc aqreqatı ilə təchiz edilib. Mojave Hava və Kosmos Limanında həyata keçirilən sınaq bu günə qədər ən böyük maye hidrogen təyyarə mühərriki sınağı olaraq qeydə alınıb. Hidrogen yanacağı ilə işləyən aviasiya çox əhəmiyyətlidir, çünki batareyalardan istifadə edərək elektriklə işləyən təyyarələrin uzun məsafəli uçuşlarda istənilən nəticəni verə bilməyəcəyi ifadə edilir. Buna görə də, karbonsuz bir alternativ kimi hidrogenin əhəmiyyəti artır.
7NEWS.az