RU
Dünyanın ən böyük orkestri
16:23
1347

Dünyanın ən böyük orkestri

Almaniyanın Frankfurt şəhərində təşkil edilən konsertdə dünyanın ən böyük orkestri hər kəsin diqqətini cəlb edib. Orkestrin tərkibində 7548 musuqiçi olub. Bununla da bu orkestr Ginnesin Rekordlar kitabına düşüb.

Orkestrdə həvəskar musiqiçilərlə yanaşı Almaniya, Avstriya və Niderlandın peşəkar musiqiçiləri qatılıblar.

Möhtəşən orkestrin konsertinə baxmaq üçün 51 minlik stadion tamamilə dolub. Şou zamanı orkestr Bethovendən klassik əsərlərlə yanaşı, 1976-cı ildə Con Milesin (Maylz) ifa etdiyi ''Music my first love'' adlı pop mahnısını ifa ediblər.

Böyük orkestri təşkil edən hamburqlu trubaçı Yens İlleman musiqinin insanları birləşdirdiyini və bunun Almaniya üçün nə qədər önəmli olduğunu vurğulayıb.

Stadionun direktoru Patrik Meyer də öz zərb aləti ilə şouda iştirak edib. Bundan əvvəlki rekord dünyanın ən böyük orkestri Avstraliyanın Brisbon şəhərində 2013-cü ildə təşkil edilən orkestr idi. O zaman orkestrin tərkibində 7224 musiqiçi var idi/xezerxeber

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ