RU
Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanda
15:35
752

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanda

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

Artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir./olke

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ