Diplomatik missiyaların gələcək əməkdaşlarına xarici dil öyrətməklə məşğul olan ABŞ Dövlət Departamentinin Diplomatiya Xidməti İnstitutu dünyada ən çətin dillərin siyahısını tərtib etmişdir. Bu barədə err.ee internet saytı xəbər verir.
İlk üçlüyə Yapon, Çin (mandarin və kanton dialektləri) və Koreya dilləri daxildir.
Bu dilləri öyrənmək üçün 2,2 min saatadək vaxt tələb oluna bilər.
Dördüncü yerdə ərəb dilidir. Bu dili də öyrənmək üçün 2,2 min saat vaxt lazımdır.
Estoniya dili beşinci yerdədir. Bu dilə yiyələnmək üçün 1,1 min saat kifayətdir. Həmin müddətdə fin, macar, monqol, Vyetnam və Tailand dillərini də öyrənmək mümkündür./bizimyol
7news.az








