RU
Dünyanın ən çətin əməliyyatı
19:00
615

Dünyanın ən çətin əməliyyatı

Amerikalı həkimlər dünyanın ən çətin əməliyyatlarından birinə imza atıb. Nyu Yorkda 1 illik hazırlıqlardan sonra başlayan əməliyyat 26 saat davam edib.

Missisipdə bir evdə baş verən yanğın zamanı, içəridəki insanları xilas etmək üçün özünü alovun ortasına atan və dəhşətli dərəcədə xəsarətlər alan bir sakinə, eyni gündə bir neçə bədən üzvü nəql olunub 

2001-ci ildə güclü yanğında insanları xilas etməklə ölkədə qəhrəman kimi tanınan 41 yaşlı Patrik Hardisonun həyatı, aldığı yanıq xəsarətləri ilə alt-üst olmuşdu. Onun sifəti tamamilə tanınmaz hala düşdüyündən, fədakar amerikalı küçəyə belə çıxmırdı. 150 tibb işçisi, bir gündən çox davam edən əməliyyatla, dünyasını dəyişən 26 yaşlı bir gəncin sifətini, uğurla Patrik Hardisona köçürüb.
Bu əməliyyatın dünyanın ən çətin üz nəqli kimi qəbul edilməsi, heç də təsadüfi deyil. Belə ki, cərrahlar nəql olunan sifətin bir işə yaraması üçün Patrikə həm alt çənə, həm almacıq sümüyü, həm göz və göz qapaqları, eləcə də qulaqlar da nəql etməli olub. 1 ildir bu əməliyyata hazırlaşan cərrahlar, eyni xəstə üzərində sinxron şəkildə əməliyyat apara bilib.
Çətin əməliyyatda sümüklər, əzələlər, qulaq kanalları, dodaqlar və sinir hüceyrələri ideal şəkildə nəql olunub. Sifətinin şişinin çəkilməsindən sonra Patrikin əməliyyat olunduğunu hiss etmək belə çətin olacaq. Bu əməliyyatın qiyməti də kifayət qədər diqqət çəkir. Patrikə yeni sifətin nəql olunması 1 milyon dollara başa gəlib.

Yanğın faciəsindən sonra sifəti tanınmaz hala düşən Patrik, daha bir zərbəni, boşanaraq 5 övladından ayrı düşdükdən sonra alıb. Amma tibbin ona bəxş etdiyi yeni sifət gələcək həyatındakı bütün boşluqları doldura bilər…/atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ