Şimali Koreyanın paytaxtı Pxenyandakı zooparkda saxlanan Azaliya adlı şimpanze sosial şəbəkələrin qəhrəmanına çevrilib. 19 yaşlı bu primatı "dünyanın ən dərdli meymunu" adlandırırlar.
Üzündə həmişə kədərli ifadə olan Azaliya sanki həmişə hansısa problemin çözümünü arayır. Fəqət bu, Azaliyanın yeganə xüsusiyyəti deyil.
Azaliya siqaret düşkünüdür. O, gündə 20 siqaret çəkir və özünün alışqanı da var.
Alışqanın qazı qurtaranda isə Azaliya çəkdiyi siqaretin odu ilə yeni siqareti yandırır, dərindən qullab vurur, yenə "müdrik" baxışlarını bir nöqtəyə zilləyib baxır.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:















