RU
Dünyanın ən nüfuzlu insanı seçildi
20:40
514

Dünyanın ən nüfuzlu insanı seçildi

Rusiya prezidenti Vladimir Putin "Forbes” jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu insanları siyahısına başçılıq edib.

 "Forbes” Putinin öz vətənində, Suriyada və ABŞ-da keçirilən prezident seçkilərində istədiyi hər şeyə nail olmaqda davam etdiyini bildirib.

"Forbes”in ən nüfuzlu insanları siyahısında ikinci yeri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tutub. Üçüncü yerdə Almaniyanın kansleri Angela Merkel qərarlaşıb. İlk beşliyi Çin lideri Si Szinpin və Roma Papası Fransisk tamamlayır.

"Facebook”un banisi Mark Çukerberq 10-cu, Şimali Koreya lideri Kim Çen In 43-cü, Asiyanın ən zəngin insanı Li Kaşın 33-cü, Amerika investoru Uorren Baffet 15-ci olub.

Vladimir Putin dördüncü dəfədir ki, "Forbes” reytinqinə başçılıq edir./publika.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ