Filippinin Maravi şəhərində "İslam dövləti” (İŞİD) terror qruplaşmasını dəstəkləyən iki döyüşçü zərərsizləşdirilib.
Bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana xəbər verib.
"Apardığımız əməliyyat nəticəsində Mautdan olan İsnilon Hapilon və Omar Mautanı zərərsizləşdirə bilmişik. Onların hər ikisi öldürülüb”, - nazir bildirib və əlavə edib ki, terror qruplaşmasının daha bir başçısı - Mahmud Əhməd hələ azadlıqdadır.
Məlumata görə, İ.Hapilon "Əbu Səyəf” terror təşkilatının liderlərindən biri olmaqla, adı FAB-nin "ən çox axtarışda olan terrorçuları” siyahısına salınıb./oxu
7news.Az








