RU
Dünyanın ən ucaboy adamı
15:42
1671

Dünyanın ən ucaboy adamı

Türkiyənin Mardin vilayətində yaşayan Sultan Kösənin başına dövlət quşu qonub.

Yaxın günlərdə o, Hollivudda çəkiləcək filmdə rol almaq üçün Amarikaya yollanacaq. 2 metr 51 santimetr boyu olan Sultan Kösən boyunun hündürlüyünə görə illərdir əziyyət çəkib. Avtobusa minə bilməyib, başı tavanlara dəydiyi üçünsə evdən bayıra bir addım belə atmayıb. Yaşadığı bu cür həyatdan təngə gələn, hətta depressiyaya düşən Sultanın həyatı isə günlərin birində ona gələn təkliflə tamamilə dəyişib. Amerikalı film rejissorları və ssenaristləri Sultanı axtarıb tapıb, onu çəkəcəkləri bir çox filmdə görmək istədiklərini dilə gətiriblər.Təklif gözlənilməz olsa da, Sultan Kösən onlara hə cavabı verib. Xatırladaq ki, Sultan Kösən Ginnesin Rekordlar Kitabındakı “dünyanın ən uzun adamı” adını 2009-cu ildən bu yana əlində saxlayır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ