7NEWS.az xəbər verir ki, Teslanın qurucusu Maskın 14 övladının ən böyüyü olan Wilson 2022-ci ildə adının və cinsinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edib və atası ilə bütün əlaqələrini kəsib. "The Cut" jurnalına müsahibə verən 21 yaşlı model Uilson "İnsanlar mənim çoxlu pulum olduğunu düşünür. Mənim yüz minlərlə dollarım yoxdur. Anam varlıdır, şübhəsiz. Amma digəri inanılmaz dərəcədə varlıdır. Mənim super zəngin olmaq istəyim yoxdur. Mən yemək ala bilirəm, dostlarım var, başımın üstündə damım var və xərcləməyə pulum var. Bu, Los-Ancelesdəki yaşımdakı insanların çoxundan yaxşıdır.








