ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp təhlükəsizlik və terrorizmlə mübarizə üzrə köməkçisi vəzifəsinə Tomas Bossertin namizədliyini irəli sürüb.
T.Bossert bundan əvvəl oğul Corc Buşun administrasiyasında daxili təhlükəsizilk üzrə müşavirin müavini vəzifəsini tutub.
Qeyd edək ki, ABŞ-ın yeni seçilən 45-ci prezidenti Donald Tramp sərvətləri 15 milyard dollardan çox olan biznesmenlərlə dünyanın ən varlı nazirlər kabinetini qurub./olke.az
7news.Az








