"Bloomberg" ümumi varidatı 1,1 trilyonadək olan dünyanın ən zəngin 25 ailəsinin siyahısını hazırlayıb.
7news.Az xəbər verir ki, siyahıya mülkiyyətin azı bir dəfə vərəsəlik yolu ilə ailə üzvlərinə ötürüldüyü ailələr daxil edilib.
Agentlik birinci yerə "Walmart" supermarketlər şəbəkəsinin sahibi Uolton ailəsini layiq görüb. Onların varidatı 151,2 milyard dollar qiymətləndirilir.
Onların ardınca 94,8 milyard dollar varidatla Kox ailəsi gəlir. Üçüncü yerdə isə "Mars" şirkətlər qrupunun təsisçisi Frenk Marsın nəsli qərarlaşıb (89,7 milyard dollar).
Dördüncü yerdə belçikalı Van Damm ailəsi (54, 1 milyard dollar), 5-ci yerdə isə fransız Düma ailəsidir (49,2 milyard dollar).
7news.Az







