RU
Dünyanın ilk və yeganə duz mumiyası Azərbaycanda tapılıb
23:51
686

Dünyanın ilk və yeganə duz mumiyası Azərbaycanda tapılıb

Azərbaycanda dünyada ilk və yeganə duz mumiya tapılıb.

7news.az sputnik-ə istinadən bildirir ki, tapılan duz mumiya insan hazırda Güney Azərbaycanın Zəncan şəhərindəki Mahmud xan Zülfüqari Tarixi etnoqrafiya Muzeyində saxlanılır.

Bu gün dünyada mumiyalar iki növə ayrılır: təbii və kimyəvi mumiyalar. Misirdə tapılan mumiyalar kimyəvi mumiyalar hesab olunur. Təbii mumiyalar isə özü üç yerə ayrılır: buz, palçıq və duz mumiya. Dünyada buz mumiya insan İtaliyada tapılıb. Duz mumiya insan isə yeganə olaraq 12 il öncə Zəncan əyalətində Çehrabad duz mədənində qazıntı zamanı tapılıb. İlk duz mumiya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oksford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumiya 2350 il əvvəl yaşamış 16-18 yaşlı gənc oğlana aiddir. O, çiynində duz kisəsi daşıyarkən uçqun altında qalıb. Gənc mumiya oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqqabı və dəridən olan duz kisə öz orjinallığını itirmədən qorunub, xarab olmayıb.

Bu, dünyada ən qədim duz mumiya insandır.

Bundan əlavə, sözügedən muzeydə tarixi dörd min ilədək olan eksponatlar, dəmirdən, gildən hazırlanan müxtəlif növ əşyalar, bıçaqlar, məişət əşyaları, silahlar nümayiş etdilir. Muzeydə eyni zamanda 2000-2500 il bundan öncəyə aid kətan və yun parçalar, palaz, kilim kimi eksponatlar da mövcuddur.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ