RU
Dünyanın məşhur pivə bayramı bitdi - FOTO
15:50
743

Dünyanın məşhur pivə bayramı bitdi - FOTO

Almaniyanın Münhen şəhərində "Oktoberfest" pivə bayramı başa çatdı.

Oktyabrın 3-dək davam edəcək festivalın mərkəzi Terezienvizedə idi.
İlk "Oktoberfest" 1810-cu ildə taxt-tac varisi, şahzadə Lüdviqlə şahzadə Saksonlu-Hildburqhauslu Terezanın toyu şərəfinə keçirilmişdi. 1819-cu ildə isə festivalın təşkili və idarə olunması Münhen şəhər şurasına həvalə olunub.

1487-ci ildə Bavariyada qəbul olunmuş "Pivənin təmizliyi haqqında" qanuna müvafiq olaraq "Oktoberfest"də yalnız yerli pivə verilir. Bu səbəbdən də festivalda ənənəvi olaraq Münhenin 6 pivə istehsalçısı ("Paulaner", "Augustiner-Brau", "Lowenbrau", "Hofbrau", "Hacker-Pschorr-Brau" və "Spaten-Franziskaner-Brau") təmsil olunublar.

 

Tereza çölündə 119 min nəfərlik çadırlar qurulmuşdu. Ən böyük pivə çadırı 11 min nəfər üçün nəzərdə tutulmuşdu./milli

 

7news.Az

Dünyanın məşhur pivə bayramı bitdi - FOTO
Dünyanın məşhur pivə bayramı bitdi - FOTO
 
Dünyanın məşhur pivə bayramı bitdi - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ